
İnvaziv Ürək və Damar Mərkəzi
Əlaqə
- +994 50 808 30 03
- +994 55 808 30 03
Çalışma saatları
- Bazar ertəsi - Cümə 09.00-17.00
- Şənbə 09.00-15.00
Ünvan
- ATU Tədris Terapevtik Klinikası, Bakı
PhD, MD İLYAS HƏSƏNOV
İnvaziv Radioloq
Dr. İlyas Həsənov, Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox invaziv radioloji əməliyyatlar, yerli mütəxəssis olaraq Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun komandası tərəfindən yerinə yetirilib.
Təhsil və peşəkar inkişaf
1988–1998-ci illərdə Bakı şəhəri 249 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 2004-cü ildə ali tibb təhsilini başa vurmuşdur.
2004–2006-cı illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutunda radiologiya, 2006–2008-ci illərdə isə rentgen-cərrahiyyə ixtisası üzrə ordinatura təhsili almışdır.
2008–2009-cu illərdə Almaniyanın Hamburq şəhərində yerləşən Asklepios Klinik Altona xəstəxanasında invaziv radiologiya, xüsusilə invaziv neyroradiologiya istiqaməti üzrə ixtisasartırma proqramında iştirak etmişdir.
2009–2010-cu illərdə Türkiyənin İstanbul şəhərində yerləşən Başkent Universitetinin xəstəxanasında və Medical Park xəstəxanalar şəbəkəsində invaziv radiologiya üzrə uzunmüddətli ixtisasartırma kursları keçmişdir.
2010-cu ildə İtaliyanın Ferrara şəhərində yerləşən Damar Xəstəlikləri Mərkəzində professor Paolo Zamboninin rəhbərliyi altında venoz damarlara invaziv müdaxilələr üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir. Təlim zamanı venoz damarların balon angioplastikası və stent implantasiyası kimi müdaxilə üsulları üzrə nəzəri və praktiki biliklərini artırmışdır.
Elmi fəaliyyət
24 noyabr 2010-cu ildə Sankt-Peterburq şəhərində “Qaraciyərin metastatik şişlərinin invaziv metodlarla müalicəsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
İnvaziv radiologiya və əlaqəli tibbi istiqamətlər üzrə elmi məqalələri yerli və beynəlxalq elmi jurnallarda dərc edilmişdir.
İş təcrübəsi
2009–2012 — Mərkəzi Gömrük Hospitalında invaziv radioloq vəzifəsində çalışmışdır.
2009–2013 — Avrasiya Klinikasında baş menecer və İdarə Heyətinin üzvü olmuş, eyni zamanda invaziv radioloq kimi fəaliyyət göstərmişdir.
2013–2015 — Medistyle Hospitalda baş həkim və invaziv radioloq vəzifələrində çalışmışdır.
2015–2016 — Avrasiya Hospitalda baş həkim və invaziv radioloq kimi fəaliyyət göstərmişdir.
2016–2018 — Gəncə Beynəlxalq Xəstəxanasında direktor və invaziv radioloq vəzifələrində çalışmışdır.
2018–2019 — Synergy Group MMC-də direktor vəzifəsində fəaliyyət göstərmişdir.
2019–2020 — Medistyle Hospitalda baş həkim və invaziv radioloq kimi çalışmışdır.
2020–2021 — Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərmişdir.
2021–2022 — Medistyle Hospitalda direktor və invaziv radioloq vəzifələrində çalışmışdır.
2022–2023 — Olimp Hospitalda invaziv radioloq kimi fəaliyyətini davam etdirmişdir.
2023–2026 — Zəfəran Hospitalda invaziv radioloq vəzifəsində çalışmışdır.
Hazırkı fəaliyyəti
Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında fəaliyyət göstərən İnvaziv Ürək və Damar Mərkəzinin direktoru və invaziv radioloq vəzifələrində çalışır.
Peşəkar fəaliyyəti ərzində invaziv radiologiya sahəsində geniş klinik təcrübə əldə etməklə yanaşı, müxtəlif tibb müəssisələrinin idarə olunması, tibbi xidmətlərin təşkili və multidissiplinar komandaların koordinasiyası istiqamətlərində də rəhbər vəzifələrdə çalışmışdır.
